...

Azərbaycan İslam ölkələrində alternativ enerji mənbələri sahəsində koordinator seçilib

Energetika Materials 2 Mart 2010 18:10 (UTC +04:00)
İslam Konfransı Təşkilatının Elm və Texnoloji Əməkdaşlıq Komitəsinin (COMSTECH) İcraiyyə Komitəsinin 27-ci iclasında Azərbaycanın İslam ölkələrində alternativ enerji mənbələri sahəsində koordinator seçilməsi haqqında qərar qəbul edilib.
Azərbaycan İslam ölkələrində alternativ enerji mənbələri sahəsində koordinator seçilib

Azərbaycan, Bakı, 02 mart / Trend /

İslam Konfransı Təşkilatının Elm və Texnoloji Əməkdaşlıq Komitəsinin (COMSTECH) İcraiyyə Komitəsinin 27-ci iclasında Azərbaycanın İslam ölkələrində alternativ enerji mənbələri sahəsində koordinator seçilməsi haqqında qərar qəbul edilib. Bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında bildirilir. Nazir Əli Abbasov görüşdə Azərbaycanı təmsil edib.

"Bu, son illər Azərbaycanın apardığı işlərin nəzərə alınması sayəsində mümkün olub", - məlumatda deyilir.

Hazırda Azərbaycanda alternativ və bərpa olunan enerjinin inkişafına böyük diqqət yetirilir. Ötən il ölkədə Azərbaycan Sənaye və Energetika Nazirliyi yanında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Agentlik yaradılıb.

Bu il ölkənin ucqar dağ rayonlarında kiçik su elektrik stansiyalarınn inşasına başlanması planlaşdırılır. Ölkədə külək enerjisindən istifadəyə mühüm diqqət yetirilir. Xızı rayonunda elektrik enerjisinin hasilatı üçün külək parkının inşasına dair işlərə başlanılıb. Xarici şirkətlər Azərbaycanda alternativ enerji mənbələrinin inkişafı üzrə layihələrə böyük maraq göstərirlər.

Xəbər lenti

Xəbər lenti