...

"Nabukko" üzrə müqavilənin Türkiyə tərəfindən ratifikasiya edilməsi qaz müqavilələri bağlamaq üçün Azərbaycan və Türkmənistana hüquqi baza verir - RWE

Energetika Materials 5 Mart 2010 16:53 (UTC +04:00)
"Nabukko" qaz kəməri layihəsi konsorsiumu Türkiyədə boru kəməri tikintisinin həyata keçirilməsinə şərait yaradacaq və tranzit qazı üçün hüquqi bazaya təminat verəcək layihə üzrə müqavilənin Türkiyə Parlamenti tərəfindən ratifikasiya edilməsini alqışlayır.
"Nabukko" üzrə müqavilənin Türkiyə tərəfindən ratifikasiya edilməsi qaz müqavilələri bağlamaq üçün Azərbaycan və Türkmənistana hüquqi baza verir - RWE

Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir A.Bədəlova/

"Nabukko" qaz kəməri layihəsi konsorsiumu Türkiyədə boru kəməri tikintisinin həyata keçirilməsinə şərait yaradacaq və tranzit qazı üçün hüquqi bazaya təminat verəcək layihə üzrə müqavilənin Türkiyə Parlamenti tərəfindən ratifikasiya edilməsini alqışlayır.

Konsorsiumun cümə günü yayılan məlumatında deyildiyi kimi, "Cənub dəhlizi" çərçivəsində planlaşdırılan layihələrdən heç biri bu cür zəmanətli tranzit hüquqlarına malik deyil.

Türkiyə Parlamenti cümə axşamı Xəzər regionundan Yaxın Şərq və Aİ ölkələrinə qaz tədarükünü nəzərdə tutan "Nabukko" qaz kəmərinin tikintisi haqqında qanun layihəsini təqdir edib.

Avstriyanın OMV şirkətinin neft-qaz şöbəsinin sədri Verner Aulinin sözlərinə görə, ötən ilin yayında Türkiyədə imzalanmış hökumətlərarası müqavilə layihənin siyasi və hüquqi əsasının təməlini qoyur. Onun sözlərinə görə, Türkiyənin bu müqaviləni ratifikasiya etməsi layihənin həyata keçirilməsi niyyətində olmasını bir daha açıq-aşkar nümayiş etdirir.

Nabucco Gas Pipeline GmbH şirkətinin icraçı direktoru Reynhard Mitçekin dediyi kimi, müqavilənin bütün tranzit ölkələrin parlamentləri (Türkiyə, Macarıstan, Rumıniya, Avstriya) tərəfindən ratifikasiya edilməsi hazırda əsas dönüş nöqtəsidir.

Altı səhmdardan biri olan Almaniyanın RWE energetika konserni inanır ki, Türkiyə "Nabukko" layihəsinin reallaşdırılmasındakı fəal rolundan əhəmiyyətli mənfəət əldə edəcək.

RWE Supply & Trading şirkətinin icraçı direktoru Stefan Cudişanın sözlərinə görə, "Cənub dəhlizi"nin layihəsi hələ ki Türkiyə ərazisi vasitəsilə tranzit hüququ ilə təmin edilmir.

"Tranzit hüququ ("Nabukko" layihəsi üçün) hökümətlərarası müqaviləyə zəmanət verir. Layihə üçün əsas qaz tədarükçüləri olan Azərbaycan və Türkmənistan "Nabukko"-ya qaz tədarükü üzrə müqavilə bağlamaq üçün lazımi hüquqi bazaya malikdir", - Cudiş deyib.

Hazırda RWE şirkəti qaz tədarükü üzrə Azərbaycan və Türkmənistan ilə intensiv danışıqlar aparır. Müqavilə nəticələri cari ilin ikinci yarısında gözlənilir.

Dəyəri 7,9 milyard avro olan "Nabukko" kəməri ilə Xəzər regionu və Yaxın Şərqdən Aİ ölkələrinə qazın ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir. Layihənin ümumi dəyərinin 30 faizi Nabucco Gas Pipeline International şirkətinin səhmdarları tərəfindən, qalan 70 faizi isə kreditlər hesabına kapitallaşacaq.

Xəbər lenti

Xəbər lenti