...

Acarıstanda SES-lərin inşasında iki şirkət maraqlıdır

Energetika Materials 10 Mart 2010 18:16 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 10 mart / Trend , müxbir N.Kirsxaliya/

Acarıstanda su elektrik stansiyalarının (SES) inşasında Türkiyə şirkəti "Kuraenerji" və gürcü şirkəti "Qranmarcorciya" maraqlı olduqlarını bildiriblər.

"Hazırkı mərhələdə sözügedən şirkətlərin təqdim etdiyi təkliflər öyrənilir", - çərşənbə günü Gürcüstan Energetika Nazirliyi məlumat verib. Bundan sonra nazirlik daha yaxşı şərtlər təqdim edən sərmayədarı seçəcək və ölkə hökuməti ilə birgə son qərar qəbul ediləcək.

Açaristskali çayı üzərində üç SES inşa olunmalıdır. İlkin məlumata əsasən, "Acaristskali 1"in gücü 26,46 meqavat, "Acaristskali 2"nin gücü 13,76 meqavat, "Acaristskali 3"ün gücü isə 6,09 meqavat təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti