...

BEA 2010-cu ildə dünyanın neftə olan tələbatının 1,8 faiz artacağını proqnozlaşdırır

Energetika Materials 12 Mart 2010 18:48 (UTC +04:00)
Beynəlxalq Energetika Agentliyi 2010-cu ildə dünyanın neftə olan tələbatının sutkada 1,6 milyon barel (1,8%) artaraq, sutkada 86,6 milyon barel təşkil edəcəyini proqnozlaşdırır.
BEA 2010-cu ildə dünyanın neftə olan tələbatının 1,8 faiz artacağını proqnozlaşdırır

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir A.Bədəlova/

Beynəlxalq Energetika Agentliyi (BEA) 2010-cu ildə dünyanın neftə olan tələbatının sutkada 1,6 milyon barel (1,8%) artaraq, sutkada 86,6 milyon barel təşkil edəcəyini proqnozlaşdırır.

BEA-nın cümə günü dərc edilən neft bazarı üzrə məruzəsində deyildiyi kimi, bu il neftə olan tələbatın artması İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olmayan ölkələrdə gözlənilən yüksək tələbat hesabına müşahidə olunacaq.

Agentliyin qiymətləndirməsinə əsasən, fevral ayında dünya tədarükünün həcmi 0,9% artaraq sutkada 86,6 milyon barel təşkil edib.

2010-cu ildə OPEK-ə daxil olmayan ölkələrin tədarükü sutkada 51,8 milyon barel proqnozlaşdırılır ki, bu da 2009-cu ildəki göstəricilərdən sutkada 0,2 milyon barel çoxdur.

BEA-nın qiymətləndirmələrinə görə, fevralda OPEK-in neft hasilatının həcmi sutkada 29,2 milyon barel təşkil edib.

Xəbər lenti

Xəbər lenti