...

ARDNŞ "Azəriqaz" İB-nin maddi-texniki bazasını yaxşılaşdırır

Energetika Materials 12 Mart 2010 19:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart / Trend /

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyinin maddi-texniki bazasının gücləndirilməsi üçün bir sıra lazımi texniki avadanlıqlar alıb. Bu barədə ARDNŞ-nin cümə günü yayılan məlumatında deyilir.

Xüsusilə də "ARW 450" markalı 15 ədəd səyyar qaynaq aparatı, 2 ədəd "Kemba-250" qaynaq aparatı, "EXPRESSWELD INVERTER 161" markalı 2 ədəd elektrik qaynaq aparatı, 36 ədəd "ADD 4004" markalı səyyar qaynaq aparatı alınıb. Həmçinin, 15 ədəd "BELARUS" tipli 82.1 traktoru və 2 ədəd "KTA-25" markalı avtokran alınıb.

Xəbər lenti

Xəbər lenti