...

Azərbaycanın əsas istehlakçılarının dizel yanacağı ehtiyatları artıb

Energetika Materials 18 Mart 2010 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend /

2010-cu il martın 1-nə olan göstəricilərə əsasən, Azərbaycanın əsas istehlakçılarının mazut ehtiyatları 338,3 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövründəki göstəricidən bir faiz azdır. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsindən bildirilib.

Martın 1-nə olan göstəricilərə əsasən, avtomobil benzini ehtiyatları 18 min ton təşkil edib ki, bu da ötən ilin yanvar-fevral aylarındakı göstəricidən 7,2 faiz azdır.

Martın 1-nə olan göstəricilərə əsasən, əsas istehlakçıların dizel yanacağı ehtiyatları 15,5 min ton təşkil edib. Bu, 2009-cu ildəki göstəricidən 7,6 faiz çoxdur.

Əsas istehlakçıların maye qaz ehtiyatlarının həcmi 1,3 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 30 faiz çoxdur.

Əsas istehlakçıların daş kömür ehtiyatları 6,8 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövründəki göstəricidən 6,2 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti