...

ARDNŞ "Bakı-Novorossiysk" kəməri ilə neft nəqlini ikinci rübdə təxminən 30 faiz artıracaq

Energetika Materials 19 Mart 2010 20:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir E.İsmayılov/

ARDNŞ bu ilin ikinci rübündə "Bakı-Novorossiysk" neft kəməri vasitəsilə bu ilin birinci rübü ərzində qeydə alınan 450 min tonla müqayisədə təqribən 600 min ton neft ixrac etməyi planlaşdırır. Bu barədə cümə günü neft-qaz bazarındakı mənbə bildirib.

"Bu neft kəməri vasitəsilə bu ilin ikinci rübü ərzində 600 min ton neft nəqli planlaşdırılır",- mənbə deyib.

Onun sözlərinə görə, proqnozlara uyğun olaraq, apreldə neft kəməri vasitəsilə 215 min ton neft nəql ediləcək, mayda bu, analoji göstərici ilə eyni, iyunda isə 170 min ton neft təşkil edəcək.

Birinci rüb ərzində 450 min ton neft nəql edilib. Bunun 130 min tonu yanvarda, 160 min tonu fevralda nəql olunub, martda isə bu neft kəməri vasitəsi ilə 160 min ton neft nəql ediləcək.

Hazırda ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Bakı-Novorossiysk" neft kəməri vasitəsilə sutkada 6,5 min ton neft nəql edir. Bu ay üçün nəzərdə tutulan neft nəqlinin həcmini martın 24-də dayandırmaq planlaşdırılıb.

ARDNŞ "Bakı-Novorossiysk" neft kəməri vasitəsilə əvvəllər planlaşdırılan 1,8 milyon tona nisbətdə 2010-cu ildə 2,25 milyon ton neft nəql etməyi planlaşdırır.

Bu marşrut üzrə 2008-ci ildəki 1,2 milyon tona nisbətdə 2009-cu ildə təqribən 2,5 milyon ton neft nəql olunub.

ARDNŞ Novorossiysk vasitəsilə şəxsi yataqlarından hasil edilən neftin və Azərbaycanda quruda fəaliyyət göstərən birgə müəssisə və əməliyyat şirkətlərinin neftinin daşınmasını həyata keçirir.

Bu gün "Bakı-Novorossiysk" boru kəməri vasitəsilə neftin nəqli zamanı Azərbaycan Novorossiysk limanında Urals markalı neft əldə edir.

"Bakı-Novorossiysk" boru kəmərinin operatoru 2007-ci ilin sonunadək ABƏŞ olub, sonradan bu funksiyanı ARDNŞ-yə verib.

Xəbər lenti

Xəbər lenti