...

ARDNŞ Qalmaz yeraltı qaz anbarı üçün yeni quyular qazır

Energetika Materials 29 Mart 2010 19:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart / Trend /

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Qalmaz" yeraltı qaz anbarının saxlama həcminin genişləndirilməsi çərçivəsində həmin anbarda iki quyuda qazma işləri aparır. Bu barədə ARDNŞ-nin bazar ertəsi yayılan məlumatında deyilir.

Hər iki quyunun layihə dərinliyi 1400 metr təşkil edir. Quyulardan birində qazma işləri başa çatmaq üzrədir. İkinci quyunun may ayının əvvəllərində təhvil verilməsi nəzərdə tutulur.

Bu işlər qaz ehtiyatlarının təhlükəsiz şəraitdə yığılıb saxlanması məqsədilə aktiv saxlama həcmini iki dəfə artıraraq 1,2 milyard kubmetrdən 2,4 milyard kubmetrə çatdırılması çərçivəsində həyata keçirilir.

Hazırda Azərbaycan iki yeraltı qazsaxlama anbarına malikdir: Qaradağ və Qalmaz.

Ötən il ARDNŞ ölkənin yeraltı qazsaxlama anbarlarına rekord göstəricidə - təxminən iki milyard kubmetr qaz vurub. 2008-ci ildə bu göstərici 1,4 milyard kubmetr təşkil edib. Ötən il Qalmaz yeraltı qazsaxlama anbarına təxminən 1,16 milyard kubmetr qaz, Qaradağ anbarına isə 795,3 milyon kubmetrdən çox qaz vurub.

Xəbər lenti

Xəbər lenti