...

"QazTransOyl" neft nəqlini artırıb

Energetika Materials 12 Aprel 2010 14:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir E.İsmayılov/

"QazTransOyl" SC magistral neft kəməri sistemi ilə yanvar-martda, 2009-cu ilin analoji dövründə nəql edilmiş 12,07 milyon ton neftə nisbətdə 12,87 milyon ton neft nəql edilib. Bu barədə SC-nin bazar ertəsi yayılan rəsmi məlumatında deyilir.

İIin birinci rübündə "QazTransOyl" magistral neft kəməri sistemi ilə yük dövriyyəsi səkkiz milyard ton-kilometr təşkil edib.

Yanvar-mart ərzində "Uzen-Atırau-Samara" neft kəmərinin "Atırau-Samara" sahəsi vasitəsilə Rusiya, Ukrayna və Belarus boru kəməri sistemi vasitəsilə gələcək tranzit üçün 3,44 milyon ton neft ötürülüb. 2009-cu ilin analoji dövründə bu göstərici 4,3 milyon ton təşkil edib.

Yanvar-martda "Atasu-Alaşankou" neft kəməri vasitəsilə neft daşınmasının həcmi 2,45 milyon ton təşkil edib. Ötən ilin analoji dövründəki göstərici isə 1,45 milyon ton olub.

Qazaxıstan ərazisində yerləşən "TON-2" neft kəməri hissəsi vasitəsilə yanvar-martda Rusiya neftinin tranziti 1,34 milyon tondan çox olub. 2009-cu ildə bu göstərici 1,2 milyon ton neft təşkil edib.

Xəbər lenti

Xəbər lenti