Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir E.İsmayılov /
Aprelin 16-da İtaliyanın Augusta limanında CIF şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $86,27/barel təşkil edib. Xarici tərəfdaşlarla 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bazar ertəsi verilən məlumata görə, cümə günü neftin qiyməti cümə axşamına nisbətən $0,98/barel azalıb.
"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft "Bakı-Tbilisi-Ceyhan" boru kəməri ilə Türkiyənin Ceyhan limanına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı - Supsa boru kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.
ARDNŞ-dən bildirilib ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 16-da $85,09/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $0,98/barel aşağıdır.
Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı - Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ, spesifikliyinə görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 16-da $81,78/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $0,97/barel azdır.
Şimal dənizindən hasil edilən Brent Dated etalon növlü neftin qiyməti aprelin 16-da $84,96/barel təşkil edib. Bu, əvvəlki qiymətdən $1,06/barel aşağıdır.