...

Gürcüstan bazarında Azərbaycan yanacağının keyfiyyəti mövcud standartlara uyğun gəlir - ekspert

Energetika Materials 17 May 2010 18:26 (UTC +04:00)
Gürcüstanda satılan Azərbaycan benzininin keyfiyyəti mövcud standartlara uyğun gəlir. Bunu "Monitorinq" neft məhsullarının sertifikatlaşdırılması orqanının rəhbəri Vaxtanq İobaşvili deyib.

Gürcüstan, Tbilisi, 17 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanda satılan Azərbaycan benzininin keyfiyyəti mövcud standartlara uyğun gəlir. Bunu "Monitorinq" neft məhsullarının sertifikatlaşdırılması orqanının rəhbəri Vaxtanq İobaşvili deyib.

Onun sözlərinə görə, may ayında "Monitorinq" SOCAR Georgia Petroleum şirkəti tərəfindən idxal olunan yanacağın keyfiyyətli yoxlamasını aparıb və sertifikatlaşdırmanı həyata keçirib.

İobaşvili bildirib ki, ARDNŞ-nin idxal etdiyi Azərbaycan benzini üzərində aparılan yoxlamalar nəticəsində aşağıdakı ekoloji xarakteristikalar müəyyən olunub: oktanın miqdarı 93-93,5 vahid, (Gürcüstanın mövcud qanunvericiliyinə əsasən miqdar 91 vahiddən az olmamalıdır); qurğuşun faktiki olaraq yoxdur - 0,0013-0,001 vahid (mövcud normativ qanunvericiliyə əsasən 0,013 vahiddən çox olmamalıdır); ətirli karbohidrogenlərin həcmi 29 faiz təşkil edir (qanunvericiliyə görə 45 faizdən çox olmamalıdır); benzolun həcmi 3 faizə çatır (qanunvericiliyə görə 5 faizdən çox olmamalıdır); kükürdün miqdarı -142 vahid (qanunvericiliyə görə 500-dən çox olmamalıdır).

Dizel üzərində aparılan laboratoriya yoxlamaları ilə bağlı İobaşvili qeyd edib ki, geksadekanın miqdarı 49-50,5 təşkil edir. Qanunvericiliyə görə, bu, 45-dən az olmamalıdır. Yanma temperaturu 67-72 dərəcədir (qanunvericiliyə görə 62-dən az olmamlıdır), kükürdün miqdarı isə 295-317-dir (350-dən çox olmamalır).

Xəbər lenti

Xəbər lenti