...

"Azərikimya" İstehsalat Birliyinin Həmkarlar İttifaqı Təşkilatı təsis edilib

Energetika Materials 31 May 2010 16:56 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azərikimya" İstehsalat Birliyinin Həmkarlar İttifaqı Təşkilatı təsis edilib.
"Azərikimya" İstehsalat Birliyinin Həmkarlar İttifaqı Təşkilatı təsis edilib

Azərbaycan, Bakı, 31 may /Trend/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azərikimya" İstehsalat Birliyinin Həmkarlar İttifaqı Təşkilatı təsis edilib. Bu barədə ARDNŞ-nin bazar ertəsi yayılan məlumatında deyilir. Qərar Həmkarlar İttifaqı Təşkilatının təsis konfransında qəbul edilib.

Yeni yaradılan Həmkarlar İttifaqı Təşkilatının Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin tərkibinə daxil edilməsi barədə qərar qəbul olunub.

Həmçinin konfransda İB-nin Həmkarlar İttifaqı Komitəsinin, təftiş komissiyasının və HİK-in Rəyasət Heyətinin tərkibi seçilib.

Komitənin katibi vəzifəsinə Vaqif Ömərov təyin olunub.

Bundan öncə, "Azərikimya" dövlət şirkəti kimi fəaliyyət göstərib, indi isə ARDNŞ-nin tərkibində istehsalat birliyi kimi fəaliyyət göstərir. İstehsalat Birliyinin başçısı vəzifəsinə Muxtar Babayev təyin olunub. Bundan qabaq o, ARDNŞ-nin ekologiya məsələləri üzrə vitse-prezidenti olub.

Xəbər lenti

Xəbər lenti