...

"Nabucco" Türkiyə üçün prioritetlərdən biridir - Türkiyə energetika nazirinin müavini

Energetika Materials 2 İyun 2010 12:35 (UTC +04:00)
"Nabucco" qaz kəməri layihəsi Türkiyə üçün prioritetlərdən biridir. Bu layihə qazın Avropaya nəqli diversifikasiyası üzrə strategiyanın mühüm hissələrindən biri kimi qiymətləndirilir, - çərşənbə günü Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Yusif Yazar Bakıda keçirilən "Xəzərin neft və qazı" XVII beynəlxalq konfransında deyib.
"Nabucco" Türkiyə üçün prioritetlərdən biridir - Türkiyə energetika nazirinin müavini

Аzərbaycan, Bakı, 2 iyun /Trend, müxbir N.İsmayılova/

"Nabucco" qaz kəməri layihəsi Türkiyə üçün prioritetlərdən biridir. Bu layihə qazın Avropaya nəqli diversifikasiyası üzrə strategiyanın mühüm hissələrindən biri kimi qiymətləndirilir, - çərşənbə günü Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Yusif Yazar Bakıda keçirilən "Xəzərin neft və qazı" XVII beynəlxalq konfransında deyib.

"Türkiyə qazın Xəzər regionundan Avropaya nəqlində aparıcı, konstruktiv rol oynamaq istəyir. Biz bu layihənin gerçəkləşməsi üçün bütün tədbirləri görməyə hazırıq", - Yazar deyib.

Dəyəri 7,9 mlrd avro olan "Nabucco" qaz kəmərinin tikintisi 2011-ci ilə nəzərdə tutulub. Boru kəmərinin maksimal ötürmə gücü ildə 31 mlrd kubmetr təşkil edəcək. Qaz kəmərinin tikintisi 2010-cu ilə planlaşdırılıb. Layihə iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər - 16,67 faiz paya malikdir.

Xəbər lenti

Xəbər lenti