...

"Azərkimya" İB şəxsi tələbatlarının ödənilməsi üçün tinglər əkir

Energetika Materials 9 İyun 2010 20:52 (UTC +04:00)
ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyi tərəfindən Birliyin öz istehsalat ərazilərində tinglər əkilib. Bu barədə ARDNŞ-nin çərşənbə günü yayılan məlumatında deyilir.
"Azərkimya" İB şəxsi tələbatlarının ödənilməsi üçün tinglər əkir

Azərbaycan, Bakı, 9 iyun /Trend/

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyi tərəfindən Birliyin öz istehsalat ərazilərində tinglər əkilib. Bu barədə ARDNŞ-nin çərşənbə günü yayılan məlumatında deyilir.

Məlumatda deyildiyi kimi, bunun üçün İB-nin tərkibində olan zavodların ərazilərində xüsusi sahələr yaradılıb. Ümumilikdə "Azərkimya" İB-nin tabeçiliyində olan müəssisələrdə 37 200 ədəd ting vurulub, 5 kiloqrama yaxın toxum əkilib.

Cari ilin sonunadək Bakı-Quba magistral yolu boyunca salınacaq yaşıllıq zolağında 75-80 min ağacın əkilməsi planlaşdırılır. Artıq ağacların əkiləcəyi yerlər, yaşıllıq zolağının salınacağı sahələr istehsalat tullantılarından və metal qırıntılarından təmizlənib, torpaq hamarlanıb. Həmçinin, ağacların normal və davamlı suvarılması üçün 13 kilometr uzunluğunda su xəttinin çəkilməsi işləri davam etdirilir. Yaşıllıq zonasında nəqliyyat vasitələrinin hərəkəti üçün 6-8 metr enində yol çəkilməsi və işçilərin istirahəti üçün zolaq boyu 3 köşkün qoyulması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti