...

Gürcüstanın Neft və Qaz Korporasiyası tender elan edib

Energetika Materials 15 İyun 2010 12:50 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 15 iyun /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın Neft və Qaz Korporasiyası (GNQK) "Senaki-Poti" magistral qaz kəmərinin 30 kilometrlik hissəsinin tikintisi üçün boruların alınması üzrə tender elan edib. Bu barədə Trend-ə korporasiyadan məlumat verilib.

Tenderdə maraqlı olan bütün fiziki və hüquqi şəxslər iştirak edə bilərlər. Boruların tikintisi üçün zəruri olan təkliflər oktyabrın 15-dən gec olmayaraq təqdim edilməlidir.

İştirakçıların tender və təklifləri iyulun 15-də saat 10:00-dan 16:00-dək (gürcü və ingilis dillərində) qəbul ediləcək. Tender təklifləri paketinin açılışı iyulun 15-i saat 16:00-da baş tutacaq.

GNQK uzunluğu 30 kilometrlik olan 700 millimetrlik qaz kəmərinin tikintisi üçün icazəni apreldə alıb. O, "Zestafoni-Poti" qaz kəmərinin tərkib hissəsidir. Boru kəməri vasitəsilə qaz maye qaz terminalına nəql olunacaq, eləcə də regiondakı əhalinin ehtiyacları üçün istifadə olunacaq.

Layihənin ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAID) alınmış qrant hesabına həyata keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti