...

Avropa Komissiyası "Qazprom"un Almaniyanın RWE şirkətinin "Cənub axını"na qoşulması təklifini manevr hesab edir

Energetika Materials 17 İyul 2010 16:18 (UTC +04:00)
Enegetika üzrə Avropa komissarı "Qazprom"un Almaniyanın RWE şirkətinin ildə 63 milyard kubmetr qaz layihə gücünə malik "Cənub axını" layihəsinə qoşulması təklifini "manevr" adlandırıb.
Avropa Komissiyası "Qazprom"un Almaniyanın RWE şirkətinin "Cənub axını"na qoşulması təklifini manevr hesab edir

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir A.Bədəlova/

Enegetika üzrə Avropa komissarı "Qazprom"un Almaniyanın RWE şirkətinin ildə 63 milyard kubmetr qaz layihə gücünə malik "Cənub axını" layihəsinə qoşulması təklifini "manevr" adlandırıb.

"Bu təklif "Nabukko" layihəsi əsasında mümkün dəyişikliklərdən biri kimi deyil, idmansayağı yanaşmanı tələb edən yalnız manevrdir", - "Deutschlandradio" radiostansiyasına müsahibəsində komissar Günter Ettinger deyib. Müsahibənin mətni Trend-in redaksiyasına RWE şirkətindən elektron poçtla daxil olub.

Ötən həftə KİV RWE şirkətinin 25 milyard avro dəyərə malik "Cənub axını" layihəsində iştirakını "Qazprom"la müzakirə etməsi barədə məlumat yayıb. RWE öz növbəsində bəyan edib ki, "Qazprom"un etdiyi təklifi nəzərdən keçirəcək, lakin "Nabukko" qaz layihəsində iştirak onun üçün prioritet olaraq qalır.

Alman enerji konserni RWE-nin "Nabukko" layihəsindən çıxması mümkünlüyü barədə danışan komissar Ettinger bildirib ki, "bölünmə qeyri-mümkündür".

Dəyəri 7,9 milyard avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixracını nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək.

Ettinger əminliyini bildirib ki, Avropa Komissiyası layihənin həyata keçirilməsində yaranan əngəllərin aradan qaldırılması üçün əlindən gələni edəcək. Komissar ümid edir ki, ilin sonuna dəyəri 7,9 milyard avro olan "Nabukko" üzrə sərmayə qərarı qəbul ediləcək.

"Mən ümid edirəm ki, bütün cəlb olunan şirkətlər ilin sonunadək bu qaz kəmərinə hansı həcmdə sərmayə yatırmaq istəmələri barədə qərar qəbul edəcəklər", - Ettinger qeyd edib.

"Nabukko" konsorsiumu boru kəmərlərinin tikintisi üzrə ixtisaslaşmadan öncəki tenderi elan edib. Tranzit ölkələrdə - Türkiyə, Bolqarıstan, Macarıstan və Avstriyada boru kəmərinin milli inkişafına məsul olacaq şirkətlər yaradılıb.

Ettingerin sözlərinə görə, Avropa Komissiyası işçi qaydada ildə 31 milyard kubmetr gücə malik "Nabukko" qaz kəmərinin bütün tranzit ölkələri ilə gələcək işlərin detallarını müzakirə edir.

"Mənə elə gəlir ki, ilin sonunadək biz yaxşı qərara gələ bilərik", - Ettinger vurğulayıb.

Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir. Layihənin ümumi dəyərinin təxminən 30 faizi layihədə iştirak payı əsasında "Nabucco Gas Pipeline International"ın səhmdarları tərəfindən ödəniləcək, qalan 70 faizi isə kreditorların hesabına maliyyələşdiriləcək.

Xəbər lenti

Xəbər lenti