Türkiyə, bəzi Qərb ölkələrinin tətbiq etdikləri sanksiyalara baxmayaraq, İranla birgə layihələri davam etdirəcəyini bildirir. Bu barədə Türkiyənin sənaye və ticarət naziri Nihad Ergün NTV telekanalına müsahibəsində deyib.
Bundan əvvəl, avqust ayında Türkiyənin energetika naziri Taner Yıldız demişdi ki, Ankara, ABŞ-ın İslam Respublikasına qarşı tətbiq etdiyi birtərəfli sanksiyalara baxmayaraq, İrana benzin ixrac edən türk şirkətlərini dəstəkləyir.
Yıldızın sözlərinə görə, Türkiyə və İran gücü 6 000 meqavat olan elektrik stansiyasının birgə tikintisinin həyata keçirilməsini davam etdirəcək.
Bundan başqa, Türkiyənin özəl "SOM Petrol" şirkəti tərəfindən İrandan Türkiyəyə təbii qazın ixracı üçün boru kəmərinin tikintisi də planlaşdırılır. O əlavə edib ki, yanacaqdan Avropa qaz bazarlarının, eləcə də Türkiyənin tələbatını ödəmək üçün istifadə olunacaq.
Ankara Tehranla birgə layihələrin reallaşdırılmasını davam etdirəcək – Türkiyənin sənaye və ticarət naziri