...

Azərbaycan neftinin qiymətləri: 23-27 avqust həftəsinin yekunları

Energetika Materials 30 Avqust 2010 13:10 (UTC +04:00)
23-27 avqust həftəsində CIF liman Augusta şərtləri ilə Azərbaycanın Gürcüstanın Supsa, Batumi və Türkiyənin Ceyhan limanları vasitəsilə satdığı AZERI LT növlü neftinin orta qiyməti $75,36 /bareldən çox təşkil edib ki, bu da bundan əvvəlki həftədəki bir barelin orta qiymətindən 1,85 dollar azdır.
Azərbaycan neftinin qiymətləri: 23-27 avqust həftəsinin yekunları

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir E.İsmayılov/

23-27 avqust həftəsində CIF liman Augusta şərtləri ilə Azərbaycanın Gürcüstanın Supsa, Batumi və Türkiyənin Ceyhan limanları vasitəsilə satdığı AZERI LT növlü neftinin orta qiyməti $75,36 /bareldən çox təşkil edib ki, bu da bundan əvvəlki həftədəki bir barelin orta qiymətindən 1,85 dollar azdır.

23-27 avqust həftəsində AZERI LT-nin maksimum qiyməti $77,25 /barel, minimum isə $73,9 /barel olub.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

23-27 avqust həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti $72,04 /barel təşkil edib ki, bu da bundan əvvəlki həftədəki bir barelin orta qiymətindən 0,81 dollar azdır.

23-27 avqust həftəsində URALS-ın maksimum qiyməti $74,43 /barel, minimum isə $70,2 /barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir. Kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu, neftin spesifik xüsusiyyətləri dəyişir.

23-27 avqust həftəsində "Brent Dated" növünün orta qiyməti $73,15 /barel təşkil edib ki, bu da bundan əvvəlki həftədəki bir barelin orta qiymətindən 1,84 dollar azdır.

23-27 avqust həftəsində "Brent"in maksimum qiyməti $75,35 /barel, minimum isə $71,28 /barel olub.

Xəbər lenti

Xəbər lenti