Gürcüstan, Tbilisi, 2 sentyabr /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan dəmir yolları yanvar-avqust aylarında 7,6 milyon ton neft yükü daşıyıb ki, bu da planlaşdırılan həcmdən 0,7 milyon ton çoxdur. Bu barədə Trend-ə "Gürcüstan Dəmir Yolları"ndan bildiriblər.
Ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 1,044 milyon ton artıb.
Səkkiz ay ərzində 5,48 milyon ton quru yük daşınıb ki, bu da planlaşdırılan göstəricini 0,36 milyon ton ötür. 2009-cu ilin analoji dövrü ilə müqayisədə bu göstərici 0,88 milyon ton artıb.
Səkkiz ayın yekunlarına görə, Gürcüstan dəmir yolları tərəfindən cəmi 13,09 milyon ton yük daşınıb ki, bu da planlaşdırılandan 1,06 milyon ton çoxdur. Ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 2,31 milyon ton artıb.