...

ARDNŞ və Avstriyanın OMV şirkəti "Nabukko" üçün qaz tədarükü ilə bağlı danışıqlara başlayıblar – Avstriya Maliyyə Nazirliyinin dövlət katibi

Energetika Materials 2 Sentyabr 2010 19:53 (UTC +04:00)
"Nabukko" qaz kəməri layihəsinin iştirakçılarından biri olan Avstriyanın OMV AG şirkəti ARDNŞ ilə bu boru kəməri üçün qaz tədarükü haqqında danışıqlar aparır.
ARDNŞ və Avstriyanın OMV şirkəti "Nabukko" üçün qaz tədarükü ilə bağlı danışıqlara başlayıblar – Avstriya Maliyyə Nazirliyinin dövlət katibi

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

"Nabukko" qaz kəməri layihəsinin iştirakçılarından biri olan Avstriyanın OMV AG şirkəti ARDNŞ ilə bu boru kəməri üçün qaz tədarükü haqqında danışıqlar aparır. Bu barədə cümə axşamı Avstriya Federal Maliyyə Nazirliyinin dövlət katibi Reynhold Lopatka bildirib. Məlumatı "Dow Jones" yayıb.

"Avstriyanın Azərbaycana "Nabukko" boru kəməri üçün qaz tədarükçüsü qismində böyük marağı var", - Lopatka deyib və əlavə edib ki, ARDNŞ və OMV artıq danışıqlara başlayıblar.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri tikintisi 2011-ci ilə təyin edilib. Maksimal gücü 312 milyard kubmetr olacaq bu boru kəməri ilə ilk tədarüklərə 2014-cü ildə start veriləcəyi gözlənilir.

"Nabukko" qaz kəmərinin tikintisi iki əsas fazanın gedişində həyata keçiriləcək. Tikintinin birinci fazasına (2011-ci il) Türkiyə sərhədindən başlayaraq Avstriyanın Baumqarten şəhərində başa çatan 2 min kilometr uzunluğunda boru kəmərinin çəkilişi daxildir. İkinci fazaya (2014-2015-ci illər) boru kəmərinin Türkiyə və Gürcüstan, eləcə də Türkiyə ilə İraq arasında yerdə qalan hissəsinin tikintisi daxildir.

"Nabukko" qaz kəmərinin uzunluğu 2730 kilometr olan birinci hissəsinin tikintisinə Ankaranın (Türkiyə) cənub hissəsindən başlanacaq və qərb istiqamətində Mərkəzi Anadolu və Mərmərə dənizindən keçərək Bolqarıstan sərhədinədək uzanacaq. Bu marşrutun 75 faizi mövcud boru kəmərləri vasitəsilə çəkiləcək.

Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Xəbər lenti

Xəbər lenti