...

Batumi NEZ satıldıqdan sonra terminala çevriləcək - nazir

Energetika Materials 3 Sentyabr 2010 19:09 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 3 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Batumi neft emalı zavodu (NEZ) satıldıqdan sonra portfelini qoruyacaq və neft emalı terminalı kimi fəaliyyət göstərəcək. Bu barədə Gütcüstanın iqtisadiyyat naziri Vera Kobaliya bildirib.

Kobaliya qeyd edib ki, terminal bir müddətdən sonra işə düşərək yerli əhalinin işlə təmin olunmasına imkan verəcək.

"Bu, ekoloji baxımdan sığorta edilmiş, maksimum təmiz terminal olacaq", - nazir deyib.

Batumi NEZ dünən keçirilən hərracda 15 milyon dollara satılıb. Onu Türkiyənin "Batumi petrol" şirkəti alıb.

Xəbər lenti

Xəbər lenti