...

Bakının cərəyanı kəsilmiş qəsəbələrinə elektrik enerjisinin verilişi yaxın saatlarda bərpa olunacaq – "Bakıelektrikşəbəkə"

Energetika Materials 11 Sentyabr 2010 13:37 (UTC +04:00)
Yaxın saatlarda Bakının elektik cərəyanının kəsildiyi hissələrinə və ətraf ərazilərinə elektrik enerjisinin verilişi bərpa olunacaq.
Bakının cərəyanı kəsilmiş qəsəbələrinə elektrik enerjisinin verilişi yaxın saatlarda bərpa olunacaq – "Bakıelektrikşəbəkə"

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir S.Əliyev/

Yaxın saatlarda Bakının elektik cərəyanının kəsildiyi hissələrinə və ətraf ərazilərinə elektrik enerjisinin verilişi bərpa olunacaq. Bu barədə şənbə günü "Bakıelektrikşəbəkə" SC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, güclü külək və yağış səbəbindən Badamdar, Bayıl və Sabunçu rayonunun bəzi qəsəbələrində dirəklər zədələnib. Hazırda qəzanın nəticələrinin aradan qaldırılması üzrə işlər görülür.

"Azərbaycan Dəmir Yolları" SC-dən bildirilib ki, Azərbaycan ərazisində qatarların hərəkəti ilə bağlı heç bir problem yoxdur. Bütün qatarlar müəyyən edimiş qrafik üzrə hərəkət edirlər. Hazırda SC bayram günləri ilə əlaqədar sərnişin axınının artması səbəbindən gücləndirilmiş iş rejimində işləyir.

Uçuşların həyata keçirilməsi ilə bağlı Heydər Əliyev adına Beynəlxalq hava limanında da heç bir problem yoxdur.

Xəbər lenti

Xəbər lenti