...

Yanvar-avqustda Rusiyanın Novorossiysk ticarət limanı neft məhsullarının daşınmasını azaldıb

Energetika Materials 14 Sentyabr 2010 16:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir E.İsmayılov/

Yanvar-avqust aylarında Rusiyanın Novorossiysk beynəlxalq dəniz limanından 28,64 milyon ton neft məhsulları daşınıb. 2009-cu ilin yanvar-avqust aylarında bu göstərici 29,68 milyon ton təşkil edib. Bu barədə limanın rəsmi internet saytında yerləşdirilən məlumatda deyilir.

"Novorossiysk Dəniz Ticarət Limanı" ASC yanvar-avqust aylarında 8,7 milyon tona yaxın neft məhsulları daşıyıb. 2009-cu ilin analoji dövründə bu göstərici 8,9 milyon ton təşkil edib.

Ümumilikdə yanvar-avqust aylarında liman tərəfindən 57,13 milyon tona yaxın müxtəlif yüklər daşınıb. 2009-ci lin analoji dövründə bu göstərici 58,14 milyon ton təşkil edib.

ARDNŞ Novorossiysk limanı vasitəsilə şəxsi neftinin daşınmasını həyata keçirir.

ARDNŞ 2009-cu ildə Bakı-Novorossiysk boru kəməri ilə 2,5 milyon tona yaxın neft ötürüb. 2008-ci ildə bu göstərici 1,2 milyon ton təşkil edib. 2007-ci ildə bu marşrut üzrə 1,2 milyon ton neft ixrac edib ki, bu da 2006-cı ilin analoji dövrü ilə eynidir. 2005-ci ildə Bakı-Novorossiysk vasitəsilə ixrac 1,6 milyon ton neft təşkil edib.

Novorossiysk Qara dəniz ticarət limanının yükdaşımaları üzrə ümumi cədvəl:

Yanvar-avqust, 2010 il

Yanvar-avqust, 2009 il

Fərq

Min ton

Min ton

%

Ümumi yük dövriyyəsi

57 132,1

58 142,5

1 010,4

1,7

Maye yüklər (cəmi)

37 761,8

39 127,4

1 365,6

3,5

Xam neft

28 640,3

29 680,2

1 039,9

3,5

Neft məhsulları

8 686,0

8 915,9

229,9

2,6

Xəbər lenti

Xəbər lenti