...

"Ekol" QSC və "bp" separasiya qurğusunun sınağını keçiriblər

Energetika Materials 27 Sentyabr 2010 13:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir E. İsmayılov/

"Ekol Mühəndislik Xidmətləri" QSC və Britaniyanın "bp" şirkəti qazma işləri prosesində yaranan neftlə çirklənmiş suların təmizlənməsi layihəsi çərçivəsində Almaniya istehsalı olan müasir "Facet" separatorunun yoxlamasını aparıblar. Bu barədə bazar ertəsi QSC-nin rəsmi internet-saytında verilən məlumatda deyilir.

"bp" şirkətinin "tullantıların idarə olunması" sahəsində keçirdiyi növbəti tenderdə isə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin təsisçisi olduğu "AAS-Ekol" Birgə Müəssisəsi qalib olub və şirkətin neftin hasilatı zamanı formalaşan neftli suyunun təmizlənməsi birgə müəssisəyə həvalə edilib.

"bp" şirkətinin nümayəndələri sınağın nəticələrindən razı qalıblar, həmçinin, öz təkliflərini irəli sürüblər.

2006-cı il martın 1-də Abşeron yarımadasında mövcud ekoloji problemlərin həlli üçün yaradılan "Ekol Mühəndislik Xidmətləri" QSC-nin həmtəsisçiləri ARDNŞ - 51 faiz və "Lancer S.A. Services"dir - 49 faiz.

Xəbər lenti

Xəbər lenti