...

ВР şirkətinin yeni rəhbəri Azərbaycan Prezidentinə təqdim olunacaq

Energetika Materials 6 Oktyabr 2010 12:39 (UTC +04:00)
BP Qrupunun yeni prezidenti Robert Dadli Azərbaycana ikigünlük işgüzar səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunacaq. Bu barədə BP-nin çərşənbə günü yaydığı məlumatında deyilir.
ВР şirkətinin yeni rəhbəri Azərbaycan Prezidentinə təqdim olunacaq

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

BP Qrupunun yeni prezidenti Robert Dadli Azərbaycana ikigünlük işgüzar səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunacaq. Bu barədə BP-nin çərşənbə günü yaydığı məlumatında deyilir.

Görüş zamanı Robert Dadli dövlət başçısına BP-nin Azərbaycanda əməliyyatçısı olduğu layihələr üzrə işlərin cari vəziyyəti və planlar barədə məlumat verəcək. Cənab Dadli, həmçinin, Azərbaycanın ən iri neft və qaz hasilatı və nəqli layihələrinin əməliyyatçısı kimi BP şirkətinin davamlı olaraq öz öhdəliklərini yüksək səviyyədə yerinə yetirməsini vurğulayaraq, BP-nin Azərbaycanla əməkdaşlığının daha da gücləndirilməsi və genişləndirilməsi niyyətinin uzunmüddətli olduğunu bir daha bildirəcək.

Robert Dadli şirkətin keçmiş prezidenti Toni Heyvordla birlikdə Bakıya çərşənbə axşamı gəlib. Bu səfər qrupu baş icraçı şəxslərinin işləri bir-birinə təhvilvermə prosesinin bir hissəsi kimi planlaşdırılıb.

Cənab Dadli, həmçinin, Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərliyi ilə görüşərək, gələcək əməkdaşlıq planlarını müzakirə edəcək.

Robert Dadli öz səlahiyyətlərinin icrasına bu il oktyabrın 1-dən başlayıb.

Xəbər lenti

Xəbər lenti