...

Sumqayıtda sentyabr ayında elektrik enerjisinə görə ödəniş 100 faizi ötüb

Energetika Materials 11 Oktyabr 2010 19:23 (UTC +04:00)
Sumqayıt şəhərində 2010-cu ilin sentyabr ayında güzəştsiz əhali kateqoriyası üzrə istehlak olunan elektrik enerjisinin dəyərinin ödənişi 134,22 faiz təşkil edib.
Sumqayıtda sentyabr ayında elektrik enerjisinə görə ödəniş 100 faizi ötüb

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir A.Yusifzadə/

Sumqayıt şəhərində 2010-cu ilin sentyabr ayında güzəştsiz əhali kateqoriyası üzrə istehlak olunan elektrik enerjisinin dəyərinin ödənişi 134,22 faiz təşkil edib. Bunu "Sumqayıtelektrikşəbəkə" ASC-nin rəisi Hakim Hüseynov deyib. Bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin bazar ertəsi yayılan məlumatında deyilir.

Cari ilin sentyabr ayı ərzində şəhərin güzəştsiz əhali qrupu tərəfindən 531,22 min manat dəyərində, 8853,66 min kilovat-saat həcmində elektrik enerjisi istifadə edilib. Bunun müqabilində əhali tərəfindən 712,98 min manat dəyərində ödəniş olub.

Qeyd edək ki, hazırda Sumqayıt şəhərinin güzəştsiz əhali kateqoriyası üzrə 79 501 abonent var. Şəhər üzrə ümumilikdə 75 997 ədəd elektrik sayğacı quraşdırılıb.

Xəbər lenti

Xəbər lenti