...

Azərbaycan Dövlət Neft Fondunun gəlirləri 40 milyard manat təşkil edir

Energetika Materials 11 Oktyabr 2010 15:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir İ.Xəlilova/

Azərbaycan Dövlət Neft Fondu yaranandan bəri (1999-cu ilin dekabrında) fondun gəlirləri 40 milyard dollar təşkil edib. Bu gün həmin gəlirlərin 20 milyard dolları artıq xərclənib. Bu barədə ARDNF-nin icraçı-direktoru Şahmar Mövsümov bazar ertəsi Milli Məclis komitələrinin iclasında 2011-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı bildirib.

"Neft Fondunun fəaliyyətinin ümumi strategiyasına uyğun olaraq, fondun gəlirlərinin yarısı gələcək nəsillər üçün saxlanılıb", - Mövsümov bildirib.

Onun sözlərinə görə, xərclərin əsas hissəsi dövlət büdcəsinə transfertlər vasitəsilə həyata keçirilib, yerdə qalan hissə Azərbaycan və region üçün strateji baxımdan vacib olan layihələrin maliyyələşdirilməsinə xərclənib. Onların arasında Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsində iştirak, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması var.

"2004-cü ildə ölkə Prezidenti tərəfindən təsdiqlənmiş neft gəlirlərinin idarə olunmasının uzunmüddətli strategiyasına uyğun olaraq, Neft Fonduna daxilolmaların 25 faizi saxlanılmalıdır, lakin bu gün fondun sərəncamında gəlirlərin 50 faizindən çoxu qalır",  - Mövsümov bildirib.

Onun sözlərinə görə, Neft Fondundan 2011-ci il üzrə 6,48 milyard manat həcmində müəyyən edilən transfertlərin artırılması dövlət büdcəsində neftin qiymət artımının minimumna endirilməsi ilə bağlıdır.

"Biz neftin qiymətinin və xarici valyutanın məzənnəsindəki dəyişikliklərdən asılı olmayaraq, dövlət büdcəsinə 6,48 milyard manat həcmində daxilolmaları təmin etməliyik ki, bu da ölkənin fiskal siyasətinin sabitliyini təmin etməyə və ARDNF-nin bufer kimi rolunu təsdiqləməyə imkan verir", - fondun rəhbəri bildirib.

Büdcə proqnozlarının müəyyən edilməsi üçün 2011-ci ildə neftin bir barelinin qiyməti 60 dollar, gələn il üçün dolların məzənnəsi 0,8 manat həcmində müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti