...

Yanvar-sentyabr aylarında Sumqayıt elektrik stansiyası 30 milyon manat dəyərində elektrik enerjisi hasil edib

Energetika Materials 27 Oktyabr 2010 21:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Ötən il istismara verilən Sumqayıt elektrik stansiyası yanvar-sentyabr aylarında 1,2 milyard kilovat-saat elektrik enerjisi hasil edib. Bu barədə çərşənbə günü Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəsmi İnternet-saytında verilən məlumatda deyilir.

Məlumatda deyildiyi kimi, bu dövr ərzində 30 milyon manat dəyərində elektrik enerjisi istehsal olunub.

Hazırda elektrik stansiyasında 100 nəfərdən çox adam işləyir, onların əksəriyyəti Sumqayıt sakinidir.

Xəbər lenti

Xəbər lenti