...

"Azərikimya" İB-də "Sterlitamak neft-kimya zavodu" ASC-nin nümayəndə heyəti ilə görüş olub

Energetika Materials 28 Oktyabr 2010 09:53 (UTC +04:00)
“Azərikimya” İB-də Rusiyanın “Sterlitamak neft-kimya zavodu” ASC rəhbərliyinin təmsilçiləri ilə görüş keçirilib. Bu barədə məlumatı çərşənbə günü ARDNŞ yayıb.
"Azərikimya" İB-də "Sterlitamak neft-kimya zavodu" ASC-nin nümayəndə heyəti ilə görüş olub

"Azərikimya" İB-də Rusiyanın "Sterlitamak neft-kimya zavodu" ASC rəhbərliyinin təmsilçiləri ilə görüş keçirilib. Bu barədə məlumatı çərşənbə günü ARDNŞ yayıb.

Başqırdıstanın Sterlitamak şəhərində yerləşən bu nüfuzlu neft-kimya kompleksinin nümayəndələri "Azərikimya" İB ilə keçmiş əməkdaşlıq əlaqələrinin yenidən bərpası təklifi ilə çıxış etmiş, Birliyin əsas məhsullarından olan polietilenin, mütləqləşdirilmiş izopropil spirtinin və müxtəlif qətranların alınmasında maraqlı olduqlarını ifadə etmişlər.

Qonaqlar həmçinin, təmsil etdikləri zavodun Azərbaycana təklif edə biləcəyi məhsullar haqqında ətraflı məlumat vermişlər. Görüşdə "Sterlitamak neft-kimya zavodu" ASC ilə Sumqayıtın neft-kimya kompleksinin əməkdaşlıq əlaqələrinin bərpa olunmasının vacibliyi vurğulanmış, bu sahədə görüləcək işlərin tezliklə reallaşacağına, uğurlu perspektivə inam ifadə olunmuşdur.

Xəbər lenti

Xəbər lenti