...

"Ekol Mühəndislik Xidmətləri" QSC yeni akkreditə attestatı alıb

Energetika Materials 29 Oktyabr 2010 13:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

"Ekol Mühəndislik Xidmətləri" QSC kompleks tədqiqatlar laboratoriyası 2010-2011-ci illər üzrə milli akkreditə sisteminin texniki səlahiyyətləri ilə bağlı yeni akkreditə attestatı alıb. Bu barədə cümə günü QSC-nin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Laboratoriya quruda və dənizdə ətraf mühitin vəziyyətinin öyrənilməsi, eləcə də analitik nəzarətin həyata keçirilməsi üzrə xidmətlər göstərir. Laboratoriyanın əsas fəaliyyətinin torpağın, suyun, lay çöküntüləri və neft şlamının fiziki-kimyəvi və kimyəvi araşdırılmasına cəmləşdirilməsinə baxmayaraq, o, bu tədqiqatların gedişində 50-dən çox kimyəvi və başqa inqridientlərin müəyyən edilməsi üzrə də xidmətlər təqdim edir.

2006-cı il martın 1-də Abşeron yarımadasının mövcud ekoloji problemlərinin həlli üçün yaradılan "Ekol Mühəndislik Xidmətləri" QSC-nin həmtəsisçiləri ARDNŞ (51 faiz) və "Lancer S.A. Services" (49 faiz) şirkətidir.

Xəbər lenti

Xəbər lenti