...

Aşqabadda TƏPH layihəsinin həyata keçirilməsi üzrə dövlətlərarası sazişin layihəsi razılaşdırılıb

Energetika Materials 13 Noyabr 2010 12:35 (UTC +04:00)
Aşqabadda Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəməri layihəsinin həyata keçirilməsi üzrə dövlətlərarası sazişin layihəsi razılaşdırılıb. Bu barədə rəsmi türkmən mənbəsi məlumat verib.
Aşqabadda TƏPH layihəsinin həyata keçirilməsi üzrə dövlətlərarası sazişin layihəsi razılaşdırılıb

Türkmənistan, Aşqabad, 13 noyabr /Trend, müxbir H.Həsənov/

Aşqabadda Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TƏPH) qaz kəməri layihəsinin həyata keçirilməsi üzrə dövlətlərarası sazişin layihəsi razılaşdırılıb. Bu barədə rəsmi türkmən mənbəsi məlumat verib.

Sənədin 2010-ciu ilin dekabrında iştirakçı dövlətlərin rəhbərlərinin Aşqabad sammitində imzalanması planlaşdırılır.

Türkmənistan paytaxtında keçirilən indiki iclas Asiya İnkişaf Bankı (AİB) və dörd dövlətin ekspertlərinin iştikrakı ilə baş tutub. Yekun bəyənatda qeyd edildiyi kimi, tərəflər türkmən təbii qazının alış-satış müqaviləsi layihəsinin qabaqcadan razılaşdırılımasına da nail olublıar.

Mənbənin qeyd etdiyi kimi, Aşqabad Dövlətabad yatağından başqa ehtiyatları 21 trilyon kubmetr qaz səviyyəsində qiymətləndirilən Cənubi Eloten-Osman mənbələrinin də potensial olaraq qoşula biləcəyi resurs bazası barədə məlumatları təqdim edib.

Pakistanın nümayəndə heyəti layihənin təhlükəsiliyininin təmini üzrə aspektləri təqdim edib. Bundan əvvəl iştirakçılar tərəfindən təşəbbüs göstərilmiş qaz kəməri barədə çərçivə sazişinin ətraflı müzakirəsi təşkil olunub.

Növbəti texniki iclas dekabrın əvvəllərində Aşqabadda keçiriləcək. Tərəflər Türkmənistan təbii qazının Cənubi Asiya regionuna uzumüddətli nəqlini təmin etməyə yönəldilmiş TƏPH layihəsinin tezliklə gerçəkləşməsinin vacibliyini vurğulayıblar.

Bundan əvvəl hazırlanmış Penspen texniki-iqtisadi əsaslarına görə, boru kəmərinin gücü ildə 30 milyard kubmetr qaz, dəyəri 3,3 milyard dollar təşkil edə bilər. Son zamanlar potensial alıcılar - Hindistan və Pakistanın daha çox qaz almağa hazır olduqları və bununla bağlı layihənin qiymət parametrlərinə bütünlükdə yenidən baxılacağı barədə məlumat yayılıb.

Xəbər lenti

Xəbər lenti