...

Azərbaycan Dövlət Neft Fondunun 2011-ci il üçün proqnozları ölkə Prezidentinə təsdiq edilmək üçün təqdim olunub

Energetika Materials 17 Dekabr 2010 19:48 (UTC +04:00)
Cümə günü Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib. Azərbaycanın Baş naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2011-ci il üçün büdcə layihəsi müzakirə olunub.
Azərbaycan Dövlət Neft Fondunun 2011-ci il üçün proqnozları ölkə Prezidentinə təsdiq edilmək üçün təqdim olunub

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

Cümə günü Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib. Azərbaycanın Baş naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2011-ci il üçün büdcə layihəsi müzakirə olunub. Bu barədə ARDNF-nin cümə günü yaydığı məlumatda deyilir.

İclasda Müşahidə Şurası tərəfindən Dövlət Neft Fondunun 2011-ci il üçün büdcə layihəsinə, o cümlədən Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə dair Fondun icraçı direktoru tərəfindən təqdim edilmiş məlumatlara baxılaraq, ARDNF-nin 2011-ci il büdcəsinin gəlirlərinin 9 132 941,0 min manat, xərclərinin 6 886 155,4 min manat, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərinin 57 494,3 min manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılıb, müvafiq olaraq Fondun 2011-ci il büdcə layihəsi, o cümlədən Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və Fondun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilərək, təsdiq olunması üçün onların Azərbaycan Prezidentinə təqdim olunması tövsiyə edilib.

Xəbər lenti

Xəbər lenti