...

ARDNŞ prezidenti Türkiyənin TPAO şirkətinin prezidenti ilə görüşüb

Energetika Materials 28 Dekabr 2010 05:49 (UTC +04:00)
Bazar ertəsi ARDNŞ prezidenti Rövnəq Abdullayev Türkiye Petrolleri Anonim Ortaqlığı (TPAO) şirkətinin prezidenti Mehmet Uysalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Bu barədə ARDNŞ-nin yaydığı məlumatda bildirilir.
ARDNŞ prezidenti Türkiyənin TPAO şirkətinin prezidenti ilə görüşüb

Azərbaycan, Bakı, 28 dekabr /Trend/ 

Bazar ertəsi ARDNŞ prezidenti Rövnəq Abdullayev Türkiye Petrolleri Anonim Ortaqlığı (TPAO) şirkətinin prezidenti Mehmet Uysalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Bu barədə ARDNŞ-nin yaydığı məlumatda bildirilir. 

Qonaqları səmimi salamlayan Rövnəq Abdullayev TPAO ilə ARDNŞ-nin uzun müddət ərzində "Azəri-Çıraq-Günəşli", "Şahdəniz", Bakı-Tbilisi-Ceyhan kimi layihələr çərçivəsində tərəfdaşlıq etdiklərini bildirmiş, həmin layihələrin bu gün də uğurla davam etdiyini söyləmişdir. 

Öz növbəsində ARDNŞ ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən M. Uysal "Ümid" yatağının kəşf edilməsində Azərbaycan Dövlət Neft Şirkəti kollektivinin əməyini yüksək qiymətləndirərək, bu hadisə münasibəti ilə Şirkət rəhbərliyinə öz təbriklərini çatdırmışdır. TPAO-nun Azərbaycandan başqa bir çox digər ölkələrdə də fəaliyyət göstərdiyini qeyd edən qonaq Şirkətin bir sıra xarici layihələri barədə azərbaycanlı həmkarına ətraflı məlumat vermişdir. TPAO-nun Türkiyə ictimaiyyətinin böyük etimadını qazanmış dövlət şirkəti olduğunu vurğulayan Mehmet Uysal, onun genişləndirilərək inteqrasiya olunmuş şirkət kimi fəaliyyət göstərməsi istiqamətində atılan addımlar barədə danışmışdır. 

O, ARDNŞ-nin Azərbaycan və Türkiyədə həyata keçirdiyi layihələri diqqətlə izlədiklərini və həmin layihələrə böyük maraq göstərdiklərini qeyd etmişdir. Son illər ölkənin neft-qaz, neft emalı və neft-kimya sənayesində qazanılan uğurlardan bəhs edən Rövnəq Abdullayev, bu uğurlarda ARDNŞ-nin böyük əməyinin olduğunu söyləmişdir. O, Şirkətin ölkə daxilində planlaşdırdığı işlərdən danışmış, həmçinin Gürcüstan, Türkiyə, Ukrayna və digər ölkələrdə həyata keçirdiyi investisiya layihələri barədə qonağa ətraflı məlumat vermişdir. İki şirkət arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparan R. Abdullayev və M. Uysal sonda qarşıdan gələn yeni il münasibətilə bir-birilərini təbrik etmişlər.

Xəbər lenti

Xəbər lenti