...

BP və "KCA Deutag" Azərbaycanda qazma işləri çərçivəsində yeni müqavilə imzalayıblar

Energetika Materials 7 Yanvar 2011 11:30 (UTC +04:00)
"KCA Deutag" Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarının işlənməsi layihələrinin operatoru olan Britaniyanın BP şirkəti ilə Xəzər regionunda BP-nin bütün qazma işlərinin idarə edilməsi üçün müqavilə imzalayıb.
BP və "KCA Deutag" Azərbaycanda qazma işləri çərçivəsində yeni müqavilə imzalayıblar

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir E.İsmayılov/

"KCA Deutag" Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarının işlənməsi layihələrinin operatoru olan Britaniyanın BP şirkəti ilə Xəzər regionunda BP-nin bütün qazma işlərinin idarə edilməsi üçün müqavilə imzalayıb. Bu barədə şirkətin cümə günü yaydığı məlumatda deyilir.

Məlumatda deyildiyi kimi, sonralar daha beş il uzadılma imkanına malik beş illik müqavilənin dünyada ən iri müqavilə olacağı güman edilir.

Müqavilə mərkəzi, şərqi və qərbi "Azəri", dərinsulu "Günəşli" yataqlarındakı platformalarda və "Şahdəniz" yatağındakı platformalarda qazma işlərinin aparılmasını və texniki xidmətin göstərilməsini nəzərdə tutur. Bu layihələrdə "KCA Deutag" şirkətinin 700-ə yaxın işçisi fəaliyyət göstəriri ki, onların 500-dən çoxu Azərbaycan vətəndaşlarıdır. "Çıraq" platformasındakı qazma qurğu KCA Deutag şirkətinə məxsusdur və ВР-yə icarəyə verilir.

"KCA Deutag" Azərbaycandakı layihələrdə 1997-ci ildən iştirak etməyə başlayıb. Hazırda şirkət "Çıraq" yatağında 2013-cü il üçün planlaşdırılan növbəti platformanın quraşdırılmasının layihələndirilməsində iştirak edir. Quraşdırılma üzrə işlər avtomatik olaraq "KCA Deutag" ilə imzalanan yeni müqavilənin təsir dairəsinə düşür.

"KCA Deutag" şirkətinin işlərinə eləcə də Böyük Britaniyada, Norveçdə, Xəzər dənizində və Saxalin adasındakı 32 platformadakı əməliyyatlar daxildir. Bundan əlavə "KCA Deutag" Anqoladakı CABGOC platformasında da əməliyyat aparır.

Xəbər lenti

Xəbər lenti