...

Payızda Azərbaycandakı iri perspektivli strukturda kəşfiyyat quyusunun qazılması başa çatacaq

Energetika Materials 11 Fevral 2011 18:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral / Trend, müxbir E.İsmayılov /

Xəzərin Azərbaycan sektorundakı "Abşeron" perspektivli strukturunun kəşfiyyatı və işlənməsi üzrə yeni layihə çərçivəsində ilk kəşfiyyat quyusunun qazılması bu ilin payızında başa çatacaq. Bu barədə cümə günü neft-qaz bazarındakı mənbə məlumat verib. Quyunun qazılmasına bu ilin yanvarında başlanılıb.

"Quyunun qazılması davam edir və işlər bu ilin sentyabr-oktyabrında başa çatacaq", - mənbə deyib.

Onun sözlərinə görə, hazırda quyunun dərinliyi 1500 metrə yaxındır.

Bir müddət əvvəl "Abşeron" layihəsinin meneceri Total E&P Apsheron B.V. Jan Karye (Jean Carriay) bildirib ki, quyunun dərinliyi 7100-7200 metr təşkil edir. Struktur yüksək təzyiqə malik olması ilə fərqlənir.

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) geoloqlarının qiymətləndirmələrinə əsasən, "Abşeron" strukturunun ehtiyatları 300 milyard kubmetr qaz və 45 milyon ton kondensat təşkil edə bilər.

"Abşeron" bloku Bakıdan 100 km uzaqda 500 metr dərinlikdə yerləşir.

"Abşeron" blokunun iştirakçıları ARDNŞ - 40 faiz, Fransanın Total şirkəti - 40 faiz və Gaz De France Suezdir - 20 faiz.

"Abşeron" strukturu üzrə müqavilə 2009-cu ilin 27 fevralında ARDNŞ və Total arasında imzalanıb. Daha sonra Total müqavilədə iştirak payının 20 faizini "Gaz De France Suez" şirkətinə verib.

Bu artıq xarici şirkətlərin "Abşeron" perspektivli strukturunda ticari cəhətdən əlverişli karbohidrogenlərin hasilatına başlamaq üçün ikinci cəhdidir. 1997-ci ildə bu sahənin kəşfiyyatı və hazırlanması üzrə layihədə 50 faiz iştirak payı olan ARDNŞ, Amerikanın "Chevron" şirkəti (30 faiz - şirkət layihənin operatoru kimi çıxış edib), və "Total" -20 faiz arasında PSA tipli ilk müqavilə imzalanıb. Lakin kəşfiyyat quyusunun qazılmasından sonra yataqda aşkar olunmuş ehtiyatlar ticari cəhətdən cəlbedici olmadığına görə müqavilə qüvvədən düşüb.

Xəbər lenti

Xəbər lenti