...

“Bahar Energy Operating Company Limited” şirkəti Azərbaycanda şəffaflıq təşəbbüsünün tətbiqinə dair memoranduma qoşulub

Energetika Materials 14 Fevral 2011 18:56 (UTC +04:00)
"Bahar Energy Operating Company Limited" şirkəti Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulması barədə aktı imzalayıb.
“Bahar Energy Operating Company Limited” şirkəti Azərbaycanda şəffaflıq təşəbbüsünün tətbiqinə dair memoranduma qoşulub

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir E.İsmayılov/

"Bahar Energy Operating Company Limited" şirkəti Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulması barədə aktı imzalayıb. Bu barədə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) bazar ertəsi yaydığı məlumatda deyilir.

Bundan əvvəl ARDNŞ "Bahar Energy Limited" şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Bahar" və "Qum Dəniz" dəniz yataqlarının daxil olduğu blokun kəşfiyyatına, reabilitasiyasına, işlənməsinə və hasilatına dair PSA tipli müqavilə imzalayıb. Müqavilə artıq Azərbaycan Milli Məclisi tərəfindən ratifikasiya edilib.

"Qoşulma Aktı"nı imzalamaqla "Bahar Energy Operating Company Limited" şirkəti Memoranduma qoşulmuş digər şirkətlər kimi növbəti - on dördüncü hesabat dövrü (2010-ci il) üzrə Azərbaycan Respublikası hökumətinə ödənişləri barədə hesabat verəcək.

Memorandum 2004-cü il noyabrın 24-də MHŞT-nin Azərbaycanda həyata keçirilməsi prosesinə qoşulmuş 21 xarici və yerli hasilat sənayesi şirkətləri, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP Azərbaycan, Exxon, Statoil, Total, LUKoil, Chevron, Shell, Devon Enerji kimi böyük şirkətlər tərəfindən imzalanıb. Sonradan Memoranduma daha doqquz şirkət - Inpex Azərbaycan, Binəqədi Oil, RAFI Oil, NICO, Apsheron Investments Ltd, GDF SUEZ Eksploreyşn Kaspian B.V., Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited və Neftchala Operating Company Ltd, Shirvan Operating Company Limited şirkətləri qoşulub. Hazırda memorandumu 31 şirkət imzalayıb.

Xəbər lenti

Xəbər lenti