...

Dövlət Neft Şirkətinə yeni vitse-prezident təyin olunub (ƏLAVƏ OLUNUB)

Energetika Materials 28 Fevral 2011 16:26 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Bədəl Bədəlov ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) sosial məsələlər üzrə vitse-prezidenti təyin edilib.
Dövlət Neft Şirkətinə yeni vitse-prezident təyin olunub (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Ekoloji məsələr üzrə vitse-prezidentin vəzifəsindən azad edilməsi haqqında məlumat əlavə edilib (ilk xəbər 15:18-də dərc edilib)

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Bədəl Bədəlov ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) sosial məsələlər üzrə vitse-prezidenti təyin edilib. Trend-in məlumatına görə, bu barədə şirkətdən bildirilib.

Bədəl Bədəlov bu vəzifədə Qorxmaz Hüseynovu əvəz edib. Hüseynov bir müddət əvvəl dövlət başçısı tərəfindən "Azərsu" ASC-nin rəhbəri vəzifəsinə təyin edilib.

ARDNŞ-nin vitse-prezidenti vəzifəsinə təyin olunanadək Bədəl Bədəlov şirkətin Sosial İnkişaf İdarəsinin rəhbəri postunu tutub.
ARDNŞ-də keçirilən iclas zamanı şirkət prezidenti Rövnəq Abdullayev Azərbaycan Prezidentinin digər sərəncamı ilə şirkətin ekologiya məsələləri üzrə vitse-prezidenti Soltan Əliyevin başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edildiyini bildirib.

İclas zamanı ARDNŞ rəhbəri Abdullayev deyib ki, sosial proqramlar həmişə şirkətin diqqət mərkəzindədir. O, sosial sahədə duran vəzifələrdən çıxış edərək sosial məsələlər üzrə yeni vitse-prezidentə konkret tapşırıqlar verib.

ARDNŞ rəhbəri idarəçiliyin davamlı olaraq təkmilləşdirilməsi məsələlərinə toxuaraq idarəetmə mexanizminin çevikliyinin artırılması, bəzi hallarda yol verilən bürokratik maneələrin təcili olaraq aradan qaldırılması istiqamətində məqsədyönlü fəaliyyətin bundan sonra da davam edəcəyini söyləyib. ARDNŞ prezidenti bu istiqamətdə müvafiq strukturlar qarşısında duran vəzifələri müəyyənləşdirib.

Xəbər lenti

Xəbər lenti