...

ARDNŞ Ceyhandan neft ixracını fevralda təxminən 15 faiz artırıb

Energetika Materials 1 Mart 2011 18:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 mart /Trend/

Fevralda ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Türkiyənin Ceyhan limanından 1,92 milyon ton neft ixrac edib. Bundan əvvəlki ayda bu göstərici 1,67 milyon ton olub. Bu barədə ARDNŞ-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Yanvar-fevral aylarında ARDNŞ tərəfindən Ceyhandan ümumilikdə 3,6 milyon ton neft ixrac edilib.

BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir ki, bunun da 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisində yerləşir. Boru kəmərinin tikintisinə 2003-cü ilin aprel ayında, onun neftlə doldurulmasına isə 2005-ci il mayın 18-də başlanılıb.

BTC-nin səhmdarları BP (30,1 faiz), AzBTC (25 faiz), "Chevron" ( 8,90 faiz), "Statoil" (8,71 faiz), TPAO (6, 53 faiz), "Eni" (5 faiz), "Total" (5 faiz), "Itochu" (3,40 faiz), "Inpex" (2,50 faiz), "ConocoPhilips" (2,50 faiz) və "Hess" (2,36 faiz) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti