...

Azərbaycan EITI çərçivəsində beşinci konfransda iştirak edəcək

Energetika Materials 3 Mart 2011 15:09 (UTC +04:00)
Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) rəhbəri Şahmar Mövsümov Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (EITI) üzrə keçirilən 5-ci Qlobal Konfransda iştirak edir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ARDNF-nin məlumatında deyilir. Mövsümov həmçinin, EITI üzrə Azərbaycan Hökumət Komissiyasının sədri və idarə heyətinin üzvüdür.
Azərbaycan EITI çərçivəsində beşinci konfransda iştirak edəcək

Azərbaycan, Bakı, 3 mart /Trend/

Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) rəhbəri Şahmar Mövsümov Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (EITI) üzrə keçirilən 5-ci Qlobal Konfransda iştirak edir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ARDNF-nin məlumatında deyilir. Mövsümov həmçinin, EITI üzrə Azərbaycan Hökumət Komissiyasının sədri və idarə heyətinin üzvüdür.

Konfransın ilk günündə EITI-nin idarə heyətinin fəaliyyəti, o cümlədən idarə heyətinin yenidən seçilməsinə dair məsələlər müzakirə edilib.

Konfransda çıxış edən Mövsümov Azərbaycanda EITI sahəsində görülən işlərdən danışıb. O, həmçinin, qeyd edib ki, hər bir vətəndaş hökumətin hər barel neft, hər kubmetr qazın satışından əldə etdiyi vəsait barədə məlumat ala bilər.

Konfrans çərçivəsində Azərbaycanın nümayəndə heyəti milli sərgidə iştirak edir. Sərgi zamanı konfrans iştirakçılarına Azərbaycana aid olan video, foto materiallar, broşürlər və respublikada EITI-nin tətbiqi barədə kitablar, həmçinin xatirə hədiyyələri təqdim olunub.

Azərbaycan EITI-yə 2003-cü ildə qoşulub. Respublika bu təşəbbüsün tamhüquqlu üzvü olan birinci ölkədir.

Xəbər lenti

Xəbər lenti