...

ARDNŞ Azərbaycanın cənub rayonlarını qazlaşdırır

Energetika Materials 18 Mart 2011 16:02 (UTC +04:00)
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi Azərbaycanın Masallı və Sabirabad rayonlarında iki kəndi qazla təmin edib.
ARDNŞ Azərbaycanın cənub rayonlarını qazlaşdırır

Azərbaycan, Bakı, 18 mart /Trend/

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi Azərbaycanın Masallı və Sabirabad rayonlarında iki kəndi qazla təmin edib. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin cümə günü yaydığı məlumatda deyilir.

Məlumata əsasən, Masallı rayonunun Qızılavar kəndinin təbii qazlaşdırılması məqsədilə 46,5 min metr polietilen boru çəkilib. Nəticədə 250 mənzil qazla təmin edilib.

Sabirabad rayonunun Kürkəndi kəndlərinin qazlaşdırılması üçün 31 min metr qaz xətti çəkilib, nəticədə 418 mənzil qazla təmin edilib.

Xəbər lenti

Xəbər lenti