...

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin eksperti Gürcüstanda beynəlxalq konfransda iştirak edəcək

Energetika Materials 28 Mart 2011 13:18 (UTC +04:00)
2011-ci ilin 29-30 mart tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə 10-cu Gürcüstan Beynəlxalq Neft, Qaz, İnfrastruktur və Enerji Konfransı (GIOGIE 2011)keçiriləcək.
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin eksperti Gürcüstanda beynəlxalq konfransda iştirak edəcək

Azərbaycan, Bakı, 28 mart / Trend/

2011-ci ilin 29-30 mart tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə 10-cu Gürcüstan Beynəlxalq Neft, Qaz, İnfrastruktur və Enerji Konfransı (GIOGIE 2011) keçiriləcək. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin enerji məsələləri üzrə eksperti Gülmirə Rzayeva iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə mərkəzin məlumatında deyilir.

Tədbirdə Gürcüstanın neft, qaz, energetika və infrastruktur sektorundakı son işlər, beynəlxalq enerji təhlükəsizliyi, Xəzər-Qara Dəniz enerji dəhlizi, regional enerji layihələri, nəqletmə, beynəlxalq və yerli neft-qaz şirkətlərinin əməkdaşlıq imkanları, Azərbaycanın enerji siyasəti və digər bu kimi məsələlər əsas müzakirə mövzuları olacaq.

Gürcüstanın Enerji, Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi, Regional İnkişaf və İnfrastruktur nazirlikləri, Gürcüstan Beynəlxalq Neft, Qaz Korporasiyası (GOGC) və Böyük Britaniya-Gürcüstan Ticarət Palatasının təşkilatçılığı ilə keçiriləcək beynəlxalq tədbirdə 150-dən çox qonağın iştirak edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti