...

ТАР Azərbaycan qazının ixracı üçün nisbətən daha effektiv netbək bəyan edir

Energetika Materials 28 Mart 2011 15:24 (UTC +04:00)

Azərbaycan , Bakı , 28 mart / Trend , müxbir A.Bədəlova /

Transadriatik boru kəməri (ТАР ) "Şahdəniz" yatağının tammiqyaslı işlənməsi çərçivəsində hasil olunacaq Azərbaycan qazının Avropaya ixracını təmin etmək üçün nisbətən daha effektiv netbək bəyan edir. Bu barədə TAP layihəsinin kommersiya müşaviri David Rubini (Davide Rubini) Trend-ə müsahibəsində bildirib.

"ТАР nisbətən daha qısa və rentabelli marşrutdur və şübhəsiz ki , "Şahdəniz" konsorsiumunun iştirakçılarını ən yaxşı netbəklə təmin edəcək qaz nəqli variantlarının şiperləri üçün nisbətən daha rəqabətqabiliyyətlidir", - Rubini deyib.

Rubini müsahibəsində ixrac xərcləri hesaba alınmaqla, qazın dəyərinin konkret rəqəmlərini açıqlamayıb.

Rubininin sözlərinə görə, "Cənub qaz dəhlizi"nin layihələrindən biri olan TAP-da mühüm rolu Cənub-Şərqi Avropa oynayır. Hazırkı məqamda, Rubininin dediyi kimi, ТАР bu regionda qaz bazarının inkişafı imkanlarına baxılmaqla bağlı regionda bir sıra maraqlı tərəflərlə danışıqlar aparır.

"Bu yaxınlarda ТАР Xorvatiyanın qaz nəqliyyatı operatoru olan "Plinacro" şirkəti ilə bu regionda qaz nəqlinin təhlükəsizliyinin təmin olunmasında əməkdaşlığın inkişafı üzrə əməkdaşlıq və tərəfdaşlıq haqqında memorandum imzalayıb", - Rubini bildirib.

Fevralda ТАР layihələsinin idarə olunması üzrə şirkətlə "Plinacro" arasında imzalanan üçillik memorandum hər iki təşkilata öz fəaliyyətini əlaqələndirməyə, texniki informasiyalar mübadiləsinə imkan verəcək. İmzalanan memorandumun şərtlərinə görə, potensial əməkdaşlıq sahəsində gələcəkdə qiymətləndirmələr aparmaq üçün birgə işçi qrup yaradılacaq. "Plinacro" İon-Adriatik boru kəməri layihəsini irəli sürür.

Rubininin sözlərinə görə, İsveçrənin EGL, Noreçin "Statoil" və Almaniyanın "E.ON Ruhrgas" şirkətlərinin səhmdarları olduqları ТАР layihəsi bir sıra texniki və kommersiya üstünlüklərinə malikdir.

Rubininin dediyi kimi, ТАР-ın əsas xüsusiyyətlərindən biri qazın revers rejimdə 8 milyard kubmetrədək həcmdə nəqli imkanıdır.

Transadriatik boru kəməri layihəsi Xəzər regionundan Avropa bazarlarına qaz tədarükünü nəzərdə tutur. Transadriatik boru kəməri öz başlanğıcını Yunanıstandan götürəcək, Albaniya ərazisindən və Adriatik dənizindən keçəcək, daha sonra İtaliyayadək uzanacaq. Qaz kəməri Albaniyadan İtaliyaya qədər 120 kilometrlik sualtı sahəyə qoşulub. Qaz kəmərinin tikilməsi üzrə layihənin dəyəri 1,5 milyard dollar təşkil edir. Kəmərin ilkin buraxılış qabiliyyəti ildə 10 milyard kubmetr, maksimum isə 20 milyard kubmetr təşkil edir. TAP-ın uzunluğu 520 kilometrdir.

Xəbər lenti

Xəbər lenti