...

ARDNŞ Novorossiysk limanından neft ixracını artırıb

Energetika Materials 4 Aprel 2011 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Yanvar-mart aylarında ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Novorossiysk limanından 541,54 min ton neft ixrac edib. Bu göstərici ötən ilin analoji dövründə 448,78 min ton olub. Bu barədə ARDNŞ-nin bazar ertəsi yaydığı məlumatda deyilir.

Məlumatda deyildiyinə görə, martda Novorossiysk limanından 243,86 min ton neft ixrac edilib. Bu göstərici 2010-cu ilin martında 159,5 min ton olub.

Ötən il ARDNŞ Novorossiyskdən 2,24 milyon ton neft ixrac edib. Bu göstərici 2009-cu ildə 2,5 milyon ton olub.

ARDNŞ tender əsasında Novorossiysk limanından Bakı-Novorossiysk kəməri ilə çatdırılan nefti satır. Şirkət öz vəsaitləri hesabına quruda və dənizdə hasil etdiyi xammalı, eləcə də Azərbaycanın quru yataqlarında işləyən birgə müəssisələr və əməliyyat şirkətlərinin xammalını satır.

Bakı-Novorossiysk kəmərinin operatoru 2007-ci ilin sonunadək ABƏŞ olub. O, sonradan bu funksiyanı ARDNŞ-yə verib.

Xəbər lenti

Xəbər lenti