...

Azərbaycan qazının birbaşa tədarük ediləcəyi ilk Avropa ölkəsi Yunanıstan olacaq

Energetika Materials 6 Aprel 2011 13:43 (UTC +04:00)
Yunanıstan Azərbaycanın öz qazını birbaşa tədarük edəcəyi ilk Avropa ölkəsi olacaq. Bu barədə çərşənbə günü ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayev bildirib.
Azərbaycan qazının birbaşa tədarük ediləcəyi ilk Avropa ölkəsi Yunanıstan olacaq

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir E.İsmayılov/

Yunanıstan Azərbaycanın öz qazını birbaşa tədarük edəcəyi ilk Avropa ölkəsi olacaq. Bu barədə çərşənbə günü ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayev bildirib.

Dünən ARDNŞ və DEPA (Yunanıstanın Dövlət Qaz Şirkəti) şirkətlərinin nümayəndələri qarşılıqlı anlaşma haqqında memorandum imzalayıblar.

Abdullayevin sözlərinə görə, 2007-ci ildən Azərbaycan qazı Türkiyənin BOTAŞ Boru Kəməri Şirkəti vasitəsilə Yunanıstana təkrar ixrac olunur. Lakin hazırda ARDNŞ və DEPA Türkiyə ilə Yunanıstan arasında ARDNŞ tərəfindən birbaşa tədarük üzrə müqavilələrin yenidən istiqamətləndirilməsi üzrə danışıqlar aprırılar.

Hazırda Azərbaycan qazının Yunanıstana tədarükünün illik həcmi 700 milyon kubmetrə yaxındır.

Abdullayev deyib ki, bu müqaviləni imzaladıqdan sonra Azərbaycan öz qazını özü satacaq və bu, birbaşa Avropaya gedən ilk Azərbaycan qazı olacaq.

Xəbər lenti

Xəbər lenti