...

"Azərenerji" SC elektrik enerjisinin istehsalını artırıb

Energetika Materials 11 Aprel 2011 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Yanvar-martda "Azərenerji" SC (Azrbaycanda elektrik enerjisinin istehsalı və paylanması) tərəfindən 5,6 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib. Bu göstərici ötən ilin analoji dövründə 5,3 milyard kilovat-saatdan çox olub. Bu barədə SC-nin bazar ertəsi yaydığı məlumatda deyilir.

Məlumata əsasən, bu müddət ərzində istehsal edilən elektrik enerjisinin ümumi həcmindən 5,1 milyard kilovat-saatdan çoxu istilik elektrik stansiyalarının, 0,5 milyard kilovat-saatı isə su elektrik stansiyalarının payına düşüb.

Martda SC tərəfindən 1,8 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da 2010-cu ilin mart göstəricisi ilə eynidir.

Habelə mart ayı ərzində Rusiya, İran, Türkiyə və Gürcüstanla elektrik enerjisinin planlı enerji verilişi davam etdirilib.

Xəbər lenti

Xəbər lenti