...

ARDNŞ Azərbaycanın quru yataqlarının birində geofiziki tədqiqatları başa çatdırıb

Energetika Materials 21 Aprel 2011 10:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir E.İsmayılov/

ARDNŞ "Hacıvəli" quru yatağında ikiölçülü geofiziki tədqiqatları başa çatdırıb. Bu barədə cümə axşamı ARDNŞ-dəki mənbə deyib.

"Cənub-Qərbi Qobustan"ın müqavilə meydançası ümumi sahəsi 604 kvadrat kilometr olan üç blokdan ibarətdir. Bu bloklara əvvəllər işlənmiş "Şıxzakirli", "Şeynatud", "Vürküt", "Donuzluq", "Nardaran", "İlxıçı", "Qərbi Hacıvəli", "Sundi", "Şərqi Hacıvəli", "Turağay", "Kənizdağ", "Qərbi Duvannı", "Duvannı", "Solaxay" və "Daşgil" yataqları daxildir.

"İşlər artıq tam başa çatıdırılıb və nəticələr sifarişçi şirkətə təqdim olunub", - mənbə bildirib.

ARDNŞ ilə imzalanan PSA tipli müqavilə çərçivəsində "Cənub-Qərbi Qobustan" yatağının işlənməsi ilə "Qobustan Əməliyyat Şirkəti" (GOC) məşğul olur. GOC-da 80 faiz iştirak "Commonwealth Gobustan Limited" şirkətinə, 20 faiz isə ARDNŞ-yə məxsusdur.

Xəbər lenti

Xəbər lenti