...

Qazaxıstan Prezidenti xarici sərmayədarları qazaxıstanlı istehsalçıları dəstəkləməyə çağırıb

Energetika Materials 18 May 2011 13:30 (UTC +04:00)

Qazaxıstan, Astana, 18 may /Trend, müxbir A.Maratov/

Qazaxıstanlı istehsalçıların dəstəklənməsi siyasəti ölkə iqtisadiyyatının gələcək inkişafının mühüm elementidir. Trend-in məlumatına görə, bu gün Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Xarici İnvestorlar Şurasının 24-cü iclasının yekunları üzrə yekun nitqində bəyan edib.

"Qazaxıstanlı istehsalçıların dəstəklənməsi siyasəti ölkə iqtisadiyyatının gələcək inkişafının mühüm elementidir, çünki iri layihələrə iştiraka cəlb edilməsi vasitəsilə yerli tədarükçülər yeni texnologiyaları öyrənirlər", - Nursultan Nazarbayev deyib.

Onun verdiyi məlumata görə, eyni zamanda Qazaxıstanın neft və qaz kimi vacib sahələrdə iştirakı cəmi 11 faizdir.

"Neft-qaz sektorunda yalnız 14 şirkət Qazaxıstanın iştirakı üzrə öhdəliyi yerinə yetirir, yerdə qalan 130 şirkət isə yox", - Prezident deyib.

Onun sözlərinə görə, Qazaxıstanın yer təki istifadəçiləri üzrə iştirakı cəmi 11, 5 faiz, sistemyaradan şirkətlər üzrə - 31 faiz, "Samruk-Kadına" qrupu üzrə 38 faiz təşkil edir.

Bununla əlaqədar, Nursultan Nazarbayev xarici sərmayədarlara yerli istehsalçıların dəstəklənməsi yolu ilə ölkədəki müəssisələrin modernləşdirilməsinə fəal qoşulmaqla bağlı müraciət edib.

"Hesab edirəm ki, anlaşa biləcəyik", - o qeyd edib.

Prezidentin sözlərinə görə, modernləşmə prosesinin lokomotivi iri müəssisələr, milli şirkətlər və iri yer təki istifadəçiləridir.

Xəbər lenti

Xəbər lenti