Azərbaycan, Bakı, 20 may /Trend/
ARDNŞ və OMV şirkətləri arasında ikitərəfli əməkdaşlıq haqqında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin cümə günü yaydığı məlumatda deyilir.
Memorandum ARDNŞ prezidenti Rövnəq Abdullayevlə Avstriyanın OMV şirkətinin idarə heyətinin sədri Gerhard Roissin başçılıq etdiyi nümayəndə heyətinin görüşü çərçivəsində imzalanıb. Görüş zamanı tərəflər neftin, qazın hasilatı, nəqli və marketinqi sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
OMV şirkəti "Nabukko" qaz kəməri layihəsinin iştirakçılarından biridir.