...

Kiyev şəhərində ARDNŞ-nin ilk yanacaq-doldurma məntəqəsi açılıb

Energetika Materials 28 May 2011 17:29 (UTC +04:00)
Kiyev şəhərində Azərbaycan Respublikasının Dövlət Neft şirkətinin Ukrayna paytaxtındakı ilk yanacaq-doldurma məntəqəsinin açılıb
Kiyev şəhərində ARDNŞ-nin ilk yanacaq-doldurma məntəqəsi açılıb

Azərbaycan, Bakı, 28 may / Trend/

Kiyev şəhərində Azərbaycan Respublikasının Dövlət Neft şirkətinin Ukrayna paytaxtındakı ilk yanacaq-doldurma məntəqəsi açılıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü Azərbaycanın Ukraynadakı səfirliyinin mətbuat xidmətindən bildirilib.

Açılışda ARDNŞ-nin Prezidenti Rövnəq Abdullayev, səfir Eynulla Mədətli, ARDNŞ-nin Ukraynadakı nümayəndəsinin rəhbəri Elçin Məmmədov iştirak ediblər. Müasir tələblərə cavab verən və yüksək keyfiyyətli yanacaq təqdim edən yanacaq-doldurma məntəqəsi Kiyev əhalisinin marağına səbəb olub.

Bu ARDNŞ-nin Ukraynada fəaliyyətə başlayan 9-cu yanacaq-doldurma məntəqəsidir və bu ilin sonuna kimi Kiyevdə daha 10 məntəqənin açılması gözlənilir.

Daha sonra ARDNŞ-nin Prezidenti rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Ukraynadakı səfirliyimizin qarşısında yerləşən Ümummilli Lider Heydər Əliyev adına parkda ucaldılmış Ulu Öndərin abidəsi abidənin önünə tər çiçəklər qoyublar.

Ulu öndərin adını daşıyan parkın yenidənqurma işləri tanış olan Abdullayev ARDNŞ-nin Ukrayna nümayəndəliyinin rəhbərinə müvafiq tapşırıqlarını verib.

Xəbər lenti

Xəbər lenti