...

Aİ qaz nəqlinin marşrutları üzrə Azərbaycan və Türkmənistanla razılığa gəlmək niyyətindədir

Energetika Materials 26 İyul 2011 14:58 (UTC +04:00)
Avropa İttifaqı qaz nəqlinin marşrutları üzrə Azərbaycan və Türkmənistanla razılaşmaya nail olmaq niyyətindədir.
Aİ qaz nəqlinin marşrutları üzrə Azərbaycan və Türkmənistanla razılığa gəlmək niyyətindədir

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir V.Javoronkova/

Avropa İttifaqı qaz nəqlinin marşrutları üzrə Azərbaycan və Türkmənistanla razılaşmaya nail olmaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının Energetika Departementindən məlumat verilib.

Bu məsələ ilə bağlı sentyabrda danışıqlara başlamaq planlaşdırılıb.

"Avropa Komissiyasına Azərbaycanın, yaxud istənilən digər ölkənin yüksəkrütbəli nümayəndələri ilə danışıqlar apara bilməsi üçün mandat lazımdır. AK-nın bir neçə ay davam edə biləcək belə danışıqlar apara bilməsi üçün sentyabrda mandatın verilməsi barədə qərar qəbul edilib", - energetikla üzrə komissar Günter Ottingerin nümayənadəsi Marlen Xolsner (Marlene Holzner) telefonla Trend-ə bildirib.

Onun sözlərinə görə, bu danışıqların nəticələri hələlik aydın deyil, çünki danışıqlar hələ başlamayıb.

"Danışıqlar aparılmasında məqsəd Azərbaycan, Türkmənistan və Aİ arasında qazla bağlı razılaşmanın əldə olunmasının mümkünlüyü və onun sonradan Türkmənistandan Azərbaycan vasitəsilə Avropaya necə nəql olunacağıdır", - Xolsner deyib.

Onun sözləırinə görə, yalnız sentyabrda tərəflər bu danışıqlara başlaya biləcəklər.

Avropa Azərbaycan və Türkmənistanla qaz sahəsində əməkdaşlıqda maraqlıdır, "Cənub dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).

Xəbər lenti

Xəbər lenti